Accessibility links

Yaponiyada hakim partiyanın rəhbəri məğlubiyyətə görə üzr istədi


Naoto Kanın rəhbərlik etdiyi Yaponiya Demokrat Partiyası hədəf kimi müəyyən edilmiş 54 yerdən xeyli az – cəmi 44 yer əldə etmişdir

Yaponiya baş naziri Naoto Kan bazar günü seçkilərində gözləntilərə uyğun nəticə əldə etmədiyinə görə partiya tərəfdarları qarşısında üzr istəyib. Cənab Kanın rəhbərlik etdiyi Yaponiya Demokrat Partiyası (YDP) hədəf kimi müəyyən edilmiş 54 yerdən xeyli az – cəmi 44 yer əldə etmişdir. YDP-nin koalisiya tərəfdaşı Yeni Xalq Partiyası isə bir yer də əldə etməyib. Ana müxalifət sayılan Liberal Demokrat Partiyası 51 yer qazanıb. Belkəliklə də ümumən Demokratlar və onların tərəfdaşları parlamentdə 242 yerdən 110-a malikdirlər. Bu məğlubiyyət o deməkdir ki, hakim koalisiya artan ictimai borcları azaltmaq üçün qanunlar qəbul etməkdə ciddi maneələrlə üzləşə bilər.

XS
SM
MD
LG