Accessibility links

Yaponiyada ölkə tarixində ən yüksək temperatur qeydə alınıb


Yaponiyada iyulun əvvəlindən müşahidə edilən ölümcül istilik dalğası nəticəsində şəhərlərin birində ölkə tarixində ən yüksək temperatur qeydə alınıb.

Yaponiyanın Meteorologiya İdarəsi bazar ertəsi bildirib ki, Tokiodan şimalda yerləşən Kumaqaya şəhərində havanın temperaturu 41.1 dərəcəyə qədər yüksəlib.

Yüksək istiliyin Yaponiyanın müxtəlif ərazilərində ən azı 26 nəfərin ölümünə səbəb olduğu bildirilir. Onlardan 11-i şənbə günü ölüb. Rəsmilər sakinlərə evdən və hava kondisoneri olan yerlərdən çıxmamağı məsləhət görür.

İstilik dalğasıTokioda keçirilməsi planlaşdırılan 2020 Yay Olimpiya Oyunları zamanı hava vəziyyəti ilə bağlı narahatlıqlara səbəb olub.

XS
SM
MD
LG