Accessibility links

Yaponiyada sel səbəbilə ölənlərin sayı artır


Bu həftə Yaponiyanın cənubunda baş verən ağır yağışlar və daşqın nəticəsindəölənlərin sayı 15-ə çatıb. Xilasetmə işçiləri 14 nəfərin itkin düşüyü və artıq öldüyü güman edilən təcrid olunmuş kəndlərə yaxınlaşır.

Şənbə günü cənubda yerləşən Kyuşu adasıının bəzi yerlərində də güclü yağışların yağacağı proqnozlaşırılır.

Yanğın və Fəlakətin İdarə Agentliyi bildirib ki, şənbə günü Fukuoka prefekturasın 12, qonşu Oita prefekturasından isə 3 cəsəd tapılıb.

Son iki gün ərzində təxminən min nəfər xilas edilib, amma onlarla insanın hələ də orada ilişib qaldığı güman edilir. Xilasetmə işləri yağış davam etdiyi üçün yaranan sellər səbəbilə yavaşlayıb.

Baş kabinet katibi Yoşihide Suqa deyib ki, 12 min qoşun, yanğınsöndürən və digər xilasetmə işçiləri itkin düşənləri axtarır, dağıntıları təmizləyir və egin düşərək məktəbin idman zalına yerləşdirilən insanları təmiz su və yeməklə təmin edir.

Cümə günü Fukuokanın daşqına ən çox məruz qaldığı Asakura şəhərində sel nəticəsində dağılna bir evdən bir qadın, qızı və nəvəsinin cəsədləri tapılıb.

Ərazidən çəkilən video görüntülərə su altında qalan düyü sahələri və çökən evlər göstərilir. Yollar və körpülər dağılıb, üzərlərinə qırılan ağac parçaları düşüb. Ucqar kənd sakinləri hərbi helikopterlərlə evakuasiya edilib, əsgərlər isə yaşlıları bellərində daşıyıb.

Yaponiyanın kral ailəsi şahzadə Makonun şənbə axşamı universitet yoldaşı ilə nişanlanması ilə bağlı rəsmi açıqlamanı təxirə salıb.
Yaponiyanın Meteorologiya Agentliyi bildirib ki, Fukuoka və Oitada misilsiz dərəcədə yağış yağıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG