Accessibility links

Yaponiyada zəlzələ və sunami nəticəsində ölənlərin sayı 6400 nəfərdən artıqdır(Yenilənib)


Yaponiyada zəlzələ və sunami nəticəsində ölənlərin sayı 6400 nəfərdən artıqdır(Yenilənib)
Yaponiyada zəlzələ və sunami nəticəsində ölənlərin sayı 6400 nəfərdən artıqdır(Yenilənib)

Bu gün Yaponiyada keçən həftə baş verən təbii fəlakət qurbanlarının xatirəsi bir dəqiqilik sükutla anılıb. Yaponiyanın baş naziri Naoto Kan deyib ki, ölkəsinin bərpası yalnız birlik nümayiş etdirməklə mümkündür. Yaponiyanın Milli Polis Agentliyinin bildirdiyinə görə, zəlzələ və sunami nəticəsində ölənlərin sayı 6400 nəfərdən artıqdır. Bu gün xilasetmə dəstələri yolları təmir edib, hələ də itkin düşmüş insanların axtarışını davam etdirib. Təxminlərə görə 10 min adam itkindir. Xarici ölkələr öz vətəndaşlarını Yaponiyadan çıxarır. Dünən ABŞ təyyarəsi amerikalıları evakusiya edib. Bu gün daha bir təyyarə Yaponiyanı tərk etməlidir. Amerika Birləşmiş Ştatları və digər ölkələr vətəndaşlarına nüvə obyektikdən 80 km-lik məsafələrə köcmələrini tövsiyə edib.Yaponiyada yanacaq qıtlığı, işığın olmaması və soyuq hava yardım əməliyyatlarını ləngidir. 300 min adam sığınacaqlara yerləşdirilib. Qırmızı Xac xəstəxanalar və evakuasiya mərkəzlərində tibbi ləvazımatın çatışmadını bildirir.

XS
SM
MD
LG