Accessibility links

Yaponiyanın baş naziri istefa verdi


Sakinlərin narazılığına baxmayaraq baş nazir hərbi bazanın 2006-ci ildə əvvəlki hökumətlə imzalanmış sazişə əsasən Okinava daxilində köçürülməsinə razılıq vemişdi

Yaponiya baş naziri Yukio Hatoyama əhali arasında reytinqləri kəskin düşdükdən sonra növbəti seçkilərdə partiyasının qələbə şanslarını artırmaq üçün istefa verib. Cənab Hatoyama deyib ki, o, ABŞ Dəniz Piyadaları bazasını Okinava adasından yığışdırmaq barədə kampaniya vədinə əməl etməyib. Sakinlərin narazılığına baxmayaraq baş nazir hərbi bazanın 2006-ci ildə ABŞ-la əvvəlki hökumət arasında imzalanmış sazişə əsasən Okinava daxilində köçürülməsinə razılıq verib. Hakim Demokrat Partiyasını təmsil edən Yaponiyanın hazırkı maliyyə naziri Naoto Kan güman ki, son dörd ildə dördüncü dəfə istefa verən baş naziri əvəzləyəcək.

XS
SM
MD
LG