Accessibility links

Tofiq Yaqublu həyatına təhlükə olduğunu deyir


Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublu həyatına təhlükə olduğunu, dözülməz şəraitdə saxlandığını deyir. Bu barədə o, iyulun 16-da ailə üzvləri ilə telefon danışığında bildirib.

"Düşmən Tovuz bölgələrində əsgərlərimizi öldürürkən Azərbaycan hakimiyyəti də həyasız, saxta ittihamla məni həbs edib, dözülməz həbsxana şəraitində öldürür. Astma xəstəliyindən əziyyət çəkən məni vərəm və Hepatit C xəstələri ilə birlikdə saxlamaq, əslində, ölümümə fərman verildiyinin göstəricisidir", qızı Nigar Həzinin AzadlıqRadiosuna bildirdiyinə görə, Tofiq Yaqublu onlarla danışanda belə deyib.

Yaqublu hazırda Bakının Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasında saxlanılır.Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Yaqublunun vərəmli məhbuslarla eyni kamerada saxlanması haqda deyilənləri təkzib edib.

"Həbs edilən şəxslər istintaq təcridxanasına daxil olanda dərhal rentgen və başqa tibbi müayinələrdən keçirilir. Əgər vərəmlə bağlı şübhə belə olsa, dərhal Penitensiar Xidmətin vərəmli məhbuslar üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülür. Yəni, vərəmli şəxslərlə eyni kamerada saxlanması mümkün deyil", M.Sadıqov AzadlıqRadiosuna belə deyib.

T.Yaqublu martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

Yaqublunun ittiham olunduğu CM-in 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Amma Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı: "8-ci kilometr bazarı"nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır".

Yaqublu haqqında həbs qərarı verilərkən məhkəmədə də bildirib ki, baş verənləri o, telefonuyla çəkmişdi. Amma həqiqəti gizlətmək üçün polis idarəsində onun telefonunu yoldaşından alıblar və geri qaytarmayıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG