Accessibility links

ABŞ-da yasaqlanmış kitab həftəsidir [Video]


Vaşinqtonda yasaqlanmış kitablar həftəsi
please wait

No media source currently available

0:00 0:02:43 0:00

Vaşinqtonda yasaqlanmış kitablar həftəsi

Vaşinqton şəhərinin ictimai kitabxanalarının birində yasaqlanmış 6 kitabın minlərlə cildi ictimaiyyətin ixtiyarına verilib. Bu, bir çox məktəb və kitabxanaların qəbul etmədiyi kitabları oxumaq istəyənlər onları pulsuz əldə edə bilər

Vaşinqtonun bu "Duende" kitab mağazasında alıcı Keti Şvarts qara kağıza bükülmüş 6 kitabı seçir.

Özünü ifadə etmək Amerikan hüququdur. Razılaşmadığın nədənsə imtina etmək də hüququmuzdur. Hansısa kitabı oxumaqdan imtina etmək kifayət qədər sadədir.

“Mən bura gəlməzdən öncə [yasaqlanan kitablardan] dörd kitabım artıq var idi. Demək, ikisi qalmışdı. Brini açdım. Bu kitabı heç bir yerdə görməmişdim," Şvarts deyir.

Vaşinqtonda heç bir kitab yasaqlanmır. Şvartsı Amerikada belə bir şeyin baş verdiyi çox təəccübləndirir.

“Özünü ifadə etmək Amerikan hüququdur. Razılaşmadığın nədənsə imtina etmək də hüququmuzdur. Hansısa kitabı oxumaqdan imtina etmək kifayət qədər sadədir.”

Alıcı Lirik Prins “Fahrenheit 451,” elmi-dantastik kitab üçün bura gəlib Bu kitab Amerika ictimaiyəti tərəfindən rədd edilib. Belə ki, kitabda incilin yandırılmasına yer verilib. Bəziləri buna küfr kimi baxır.

Prinsi bu kitabların 60 il öncə yazılmasına baxmayaraq hələ də yasaqlanması təəccübləndirmir.

“Bu ölkədə proqressiv ideyaları qəbul etməyən yerlər çoxdur.”

Vaşinqtonun kitabxana fondunun müdiri Linnea Heqarti bu ideyalara siyasi və seksual orientasiya kimi məsələr daxildir

“İki ana və iki atalı ailələr üçün, məsələn, müharibədən bəhs edən kitablar yasaqdır. Xüsusilə də onların müharibəyə yol açan səbəblərdən danışdığına görə."

Bu ölkədə proqressiv ideyaları qəbul etməyən yerlər çoxdur.

Yasaqlanmış kitab həftəsi Amerikanın Kitabxana Assosiasiyası tərəfindən sponsorlaşdırılır. Qurum hər il 10 ən mübahisəli kitabın siyahısını hazırlayır. Bağqa sözlə məktəblər və kitabxanalardan yığışdıralan kitabların. Hulios Cefferson intellektual azadlıq komitəsinin üzvüdür.

“Mövzular lezbianlıq, qeylik, irq və din ola bilər. kitabların çoxu uşaqları üçün yarasız olduğunu düşünüən valideynlər tərəfindən yasaqlanır.”

Amerikanın Kitabxana Assosiasiyası ötən il 250 kitabın qadağan edildiyini bildirir. Bu il yasaqlanan kitab sayının azalması müsbət bir göstəricidir.

XS
SM
MD
LG