Accessibility links

Yaşayış minimumu 173 manat ola bilər


Azərbaycanda 2018-ci il üzrə yaşayış minimumunun 173 manat müəyyən ediləcəyi gözlənir.

"Turan" Agentliyinin xəbərinə görə, Milli Məclisin müzakirə etməyə hazırlaşdığı “2018-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində belə nəzərdə tutulur.

Layihədə 2018-ci il üzrə yaşayış minimumunun 173 manat müəyyən edilməsi təklif olunur.

Layihədə yaşayış minimumu əməkqabiliyyətli əhali üzrə 183, pensiyaçılardan ötrü isə 144 manat nəzərdə tutulur.

Uşaqlara yaşayış minimumu 154 manat müəyyən olunur.

Xatırlatma

2017-ci ildə Azərbaycan üzrə yaşayış minimumu 155 manat müəyyən edilmişdi.

Ölkə başçısının ötən ilin dekabrında imzaladığı “2017-ci il üçün yaşayış minimumu haqqında ” qanunda bu göstərici əməkqabiliyyətli əhalidən ötrü 164.5 manat, pensiyaçılara da 130.2 manat nəzərdə tutulmuşdu.

Başa çatmaqda olan ildə uşaqların yaşayış minimumu 136.6 manat təşkil etmişdi.

2016-cı ildə isə yaşayış minimumu əməkqabiliyyətli əhalidən ötrü 146, pensiyaçılara 115, uşaqlara 117 manat təşkil edib.

Bir çox ekspertlər deyir ki, Azərbaycanda minimum yaşayış xərcləri reallıqla ayaqlaşmağa yetmir.

XS
SM
MD
LG