Accessibility links

Tibbi ekspertiza: Yasir Ərəfatın sümüklərində yüksək səviyyədə polonium aşkar edilib



Fələstinlilərin keçmiş lideri Yasir Ərəfatın həyat yoldaşı və mediada verilmiş xəbərlərə əsasən, onun cəsədinin tibbi ekspertizası nəticəsində yüksək dərəcədə radioaktiv polonium maddəsi aşkar edilib.

İsveçrədə Lozanna universitetinin alimlərinin hazırladığı və Əl-Cəzirə və başqa media şirkətlərinə göstərilmiş 108 səhifədən ibarət hesabatda Ərəfatın qabırğa və çanaq sümükləri, habelə cəsədin qoyulduğu torpaqda yüksək dərəcədə polonium aşkar edildiyi bildirilir.

Yasir Ərəfatın həyat yoldaşı Suha Ərəfat Reuters agentliyinə “əsl cinayətin” üstünün açıldığını deyib. O, həyat yoldaşının 2004-cü ildə ölümünü “siyasi qətl” adlandırıb.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG