Accessibility links

Yatsenyuk: Putinin məqsədi Ukraynanı bütünlüklə ələ keçirməkdir


Ukraynanın baş naziri Rusiya prezidenti Vladimir Putinin sülh haqda razılaşmaya baxmayaraq, Ukraynanı müstəqil ölkə kimi məhv etmək istədiyini deyib.

Kiyevdə beynəlxalq konfransda danışan Arseni Yatsenyuk deyib ki, cənab Putinin məqsədi bir zamanlar Sovet İttifaqının tərkibində olan Ukraynanı bütünlüklə ələ keçirməkdən ibarətdir.

Baş nazir Yatsenyuk Qərbin Rusiyaya qarşı tətbiq etdiyi yeni iqtisadi sanksiyaları razılıqla qarşıladığını bildirib.

Avropa İttifaqı və Birləşmiş Ştatlar Ukrayna böhranında oynadığı rola görə Moskvanı cəzalandırmaq məqsədilə Rusiyanın enerji, maliyyə və müdafiə sektorlarını hədəf alan yeni sanksiyalar tətbiq edib.

Sanksiyaların elan edilməsindən bir neçə saat sonra Moskva buna cavab veriləcəyi ilə hədələyib. Rusiyanın Xarici İşlər nazirliyini ABŞ-ın yeni ölçülərini Birləşmiş Ştatlar administrasiyasının tutduğu qarşıdurma siyasi istiqamətində yeni addım adlandırıb.

XS
SM
MD
LG