Accessibility links

Yaxın günlərdə Rəqqa uğrunda döyüş başlaya bilər


Suriyanın kürd yarı-hərbi dəstəsi YPG-nin sözçüsününün verdiyi məlumata görə, Suriyada ABŞ-ın dəstəklədiyi hərbi qüvvələrin bir neçə gün içində İslam Dövləti qrupunun de-fakto paytaxtı Rəqqanı ələ keçirmək üçün hücuma başlayacağı gözlənilir.

“Qüvvələr şəhərin ətrafına yaxınlaşıblar və yaxın günlərdə böyük əməliyyat başlayacaq”, deyə şənbə günü YPG sözçüsü Nuri Mahmud bildirib.

Mahmud həmçinin Amerika ordu rəmsilərinin Suriya Demokratik Qüvvələrinin (SDQ) Rəqqaya üç kilometr yaxın əraziyə çatdıqları və yaxın günlərdə şəhər üzərində nəzaərəti ələ keçirmək üçün hərəkətə keçəcəklərinə dair şərhlərini təsdqiləyib.

Bağdadda çıxış edən ABŞ-ın başçılıq etdiyi İSİD-ə qarşı koalisiyanın sözçüsü Rayan Dillon müxbirlərə deyib ki, Suriya Demokratik Qvvələri ötən həftə Suriyada İŞİD-dən böyük əraziləri geri alandan sonra “Rəqqaya yaxınlaşıb”.

Dillon deyib ki, qüvvələr Rəqqanın şimal və şərqindən üç kilometr, qərb tərəfindən isə 10 kilometr uzaqlıqdadır.

“Şəhər uğrunda mübarizə yaxın günlərdə başlaya bilər”, deyə adının gizli qalmaq şərti ilə bir başqa ABŞ rəsmisi Amerikanın Səsinə bildirib. “Rəqa demək olar, tamamilə müsadirəyə alınıb,” o deyib.

Rəqqa, Suriya
Rəqqa, Suriya

ABŞ ordusu Rəqqa döyüşünə hazırlıq olaraq Suriyanın kürd döyüşçülərinə silah və maşınlar paylayıb. Bu həftənin əvvəli təsdiq olunan bu xəbər Birləşmiş Ştatları NATO müttəfiqi Türkiyə ilə qarşı-qarşıya gətirib. Tükriyə Suriya Demokratik Qüvvələrinin kürd yarı-hərbi dəstəsinin qadağan olunmuş PKK ilə əlaqəsi olan terrorçu qrup olduğunu bildirir.

Dillon deyib ki, SDQ Rəqqada qalan mülki vətəndaşları şəhəri tərk etmələrinə dair göstəriş verib. Bundan əlavə şəhərin 200 min sakini artıq didərgin düşüb. Onlr üçün bir neçə yerdə didərgin düşərgələri salınıb. Dillon həmçinin qeyd edib ki, orada SDQ yoxlanış məntəqələri quraşdırıb ki, İŞİD militantları mülki vətəndaşlarla birlikdə qaça bilməsin.

Suriya rejimi tərəfdarı qüvvələr hələ də Əl-Tanf yaxınlığındadır

Bu arada isə ABŞ ordu rəsmiləri deyir ki, İranın dəstəklədiyi rejim tərəfdarı qüvvələr xüsusi qevvələr Suriya yarı-hərbi qüvvələrinə təlim keçdiyi Əl-Tanf hərbi bazasının yanındakı qeyri-münaqişə zonasına daxil olurlar.

Dillon deyib ki, bu qüvvələr koalisiya hava hücumları iki həftə öncə onların tankları və avadanlıqlarını hədəf alandan sonra müdafiə mövqeləri yaratmağı dayandırısalar da, Əl-Tanf bazasından 55 kilomterlik radius olan müəyyən edilmiş zonanın içində qalıblar.

“Onlar qeyri-münaqişə zonasına sadəcə yaxınlaşmayıblar, onun içinə daxil olublar,” Dillon deyib.
Dillon qyei-münaqişə zonasına bundan əlavə dəstək qüvvələrinin daxil olmadığına aydınlıq gətirib. Lkin Əl-Tanfdan kənardakı qüvvələr mövqelərini möhkəmləndirir və oraya tanklar və artilleriya sistemləri daxil olmaqla döyüş tipli avadanlıqlar gətirirlər.

“Bütün bunlar koalisiya qüvvələrinə təhlükə törədir”, deyə o əlavə edib.

XS
SM
MD
LG