ABŞ Müdafiə naziri Eş Karter İŞİD-ə qarşı mübarizə səylərini müzakirə etmək məqsədilə Yaxın Şərqə səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidədir.
Karterin Əl-Dharfa hərbi hava bazasında ABŞ-ın BƏƏ-dəki səfiri Barbara Leaf, hərbi attaşe, briqada generalı Co Rank və vitse-komandir polkovnik Conni Barnsla görüşüb məlumatlandırılıcağı gözlənilir.
ABŞ-ın başçılığı ilə koalisiya İŞİD yaraqlılarına qarşı hücumları, eləcə də kəşfiyyat məlumatarının toplanması, kəvfiyyat və nəzarət missiyalarını bu bazadan həyata keçirir.
"Biz hərbi kampaniyanı ən yaxın zamanda sürətləndirməyi planlaşdırırıq"-Eş Karter
Yaxın Şərqə səfəri çərçivəsində ABŞ Müdafiə naziri həmçinin Səudiyyə Ərəbistanında Ər-Riyadda Körfəz Əməkdaşlıq Şurasına daxil olan ölkələrin müdafiə nazirləri ilə danışıqlar aparacaq.
Karter müxbirlərə deyib ki, Ər-Riyada səfər edəcək ABŞ prezidenti Barak Obamanın Körfəz Əməkdaşlıq Şurasında tərəfdaş ölkələrdən İraqda İŞİD tərəfindən dağıdılan ərazilərin bərpasında yardım istəyəcəyi gözlənilir.
"Bunlar bir çox ölkənin töhfə verə biləcəyi qlobal səylərdir"-deyə Karter bildirib.
ABŞ Müdafiə naziri Körfəz Əməkdaşlıq Şurası ölkələrinin liderləri ilə danışıqlarda İŞİD-ə qarşı mübarizədə irəliləyişə nail olmaq yollarını müzakiər edəcək.
"Biz hərbi kampaniyanı ən tez bir zamanda sürətləndirməyi planlaşdırırıq"-deyə Eş Karter bildirib.