Accessibility links

Böyük Yeddilik Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə dair razılıq əldə edib


Dünyanın böyük iqtisadiyyata malik olan 7 ölkəsi Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə dair razılıq əldə edib. Böyük Yeddiliyin birgə bəyanatında deyilir ki, hədəf sanksiyalarının intensivləşdirilməsi üçün lazımi addımlar atılacaq.

ABŞ rəsmisi sanksiyaların bazar ertəsi qüvvəyə minəcəyini bildirib.

Dünən Ukraynanın rusiyapərəst separatistləri ATƏT-in müşahidəçi qrupunu nəzarətləri altına alıb. Onlar qrupu daşıyan avtobusu ələ keçirib.

Rusiyanın ATƏT-dəki təmsilçisi müşahidəçi qrupunun azad edilməsi üçün bütün tədbirlərə əl atılacağını bəyan edib. Andrey Kelin Rusiyanın xəbər agentliklərinə deyib ki, qrup tez bir zamanda azad edilməlidir.

Slovyanskda isə özünü mer elan edən Vyaçeslav Ponomaryov qrupun Ukraynanın hərbi rəsmisinin onlarla bərabər olduğu üçün ələ keçirildiyini bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki müçahidəçi komandasının ələ keçirilməsini pisləyərək, bunu qəddar bir taktika adlandırıb.

Bu arada, Ukraynanın baş naziri Rusiyanın hərbi təyyarəsinin Ukraynanın hava məkanını pozduğunu bildirib. Arseniy Yatsenyuk bu gün Romada müxbirlərlə görüşü zamanı deyib ki, Rusiya qüvvələri gecə boyu 7 dəfə hava sərhədini pozub.

Baş nazir İtaliya səfərini yarımçıq qoymalı olub.

Roma Papası ilə görüşü zamanı Fransis ona Ukraynada sülhün bərqərar edilməsi üçün hər bir yardıma hazır olduğunu deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG