Makedoniyanın cənubundan yerləşən Bitola şəhərində bazar günü minlərlə insan İkinci Dünya Müharibəsinə Holokost qətliamı zamanı həyatını itirən yəhudilərin anım mərasimində iştirak ediblər.
Bazar günü 7100-dən çox makedoniyalı yəhudinin Polşadakı ölüm kampına göndərilməsinin 75-ci ildönümü idi.
“Biz heç vaxt Holokostu unutmayacağıq. Biz heç zaman anti-semitizmin, nifrət çıxışlarının, ksenofobiya və digər fenomenlərin insan haqqlarını pozmasına imkan verməyəcəyik.” – deyə, Makedoniya parlamentinin spikeri Talat Kaferi bildirib.
Almaniya və İsraildən olan qonaqlar da bazar günü keçirilən “Həyat üçün yürüş”-ə qoşulublar.
1941-ci ildə almanlar və onların müttəfiqləri bölgəni işğal edərkən Makedoniya Yuqoslaviyanın bir hissəsi idi.
Nasist düşərgələrinə göndərilən makedoniyalı yəhudilərin böyük əksəriyyəti öldürülmüşdü.