Accessibility links

Ukrayna səfiri: Rusiya İrana silah satmaqla sanksiyaları pozmuş ola bilər


"İranda Ukrayna təyyarəsinin vurulmasından sonra İrana qarşı sanksiyaların Rusiya tərəfindən pozulduğu ehtimalı nəzərə alınmalıdır."

Bunu Ukraynanın ABŞ-dakı səfiri Vladimir Yelçenko Amerikanın Səsinə müsahibəsi zamanı bildirib.

Hazırda İrana silah satışına ABŞ da daxil edilməklə, bir sıra beynəlxalq sanksiyalar tətbiq edilib.

Daha əvvəl mətbuatda Ukrayna təyyarəsinin Rusiyanın istehsal etdiyi Top-M1 “quru-hava” raket sistemi ilə vurulduğuna dair məlumat yayılmışdı.

“Mümkündür ki, bu, daha uzaq bir gələcəyin perspektivi olsun. Lakin biz silah satışı ilə məşğul olan fərdlər və şirkətlərin beynəlxalq öhdəliklərini gündəmə gətirməliyik”- deyə, səfir bildirib.

Yelçenkonun dediyinə görə, hazırda əsas məsələ təyyarənin vurulmasına əmr verən şəxslərlə bərabər beynəlxalq hüquq səviyyəsində dövlətlərin də məsuliyyətə cəlb edilməsidir.

Bir halda ki, bu faciəyə görə İran günahını etiraf etdi, ümid edirəm ki, yolun sonuna qədər gedəcək. Həlak olanların ailələri və aviaşirkətə kompensasiya ödəməklə məsələ bağlanacaq. Bizim beynəlxalq məhkəmə instansiyalarına müraciət etməyimizə ehtiyac qalmayacaq. Mənim fikrimcə, İran etiraf etməklə, özünü mədəni apardı”, səfir qeyd edib.

Yelçenko rəsmi Kyevin dərhal olmasa da, ABŞ-dan insidentlə bağlı bütün kəşfiyyat məlumatlarını aldığını deyib.

Onun sözlərinə görə, təyyarənin düşməsinin səbəblərinə gec cavab verilməsi ilk növbədə Ukrayna mütəxəssislərinin İrana getməsi olub. Belə ki, onlar İranın məlumatları verməyəcəyindən ehtiyat edirdi.

Səfir Ukraynanın təyyarənin qara qutusuna çıxış əldə etdiyini də bildirib. O, gələcək istintaqın təyyarəni istehsal edən Boeing şirkəti ilə aparılacağını deyib.

Səfir əlavə edib ki, vətəndaşlarının həlak olduğu ölkələrin təmsilçiləri tərəfindən yaradılan qrupda şirkətin mütəxəssisləri də iştirak edəcək.

XS
SM
MD
LG