Accessibility links

Yellen: Maliyyə sistemi daha təhlükəsizdir, amma düzəlişlərə ehtiyac var


ABŞ Federal Ehtiyat sədri Canet Yellen
ABŞ Federal Ehtiyat sədri Canet Yellen

ABŞ Federal Ehtiyat sədri Vaşinqtonun müəyyən maliyyə nizamlamalarını tamam “tullamaq” əvəzinə, düzəlişlər etməsinin daha düzgün olduğunu bildirir.

ABŞ mərkəzi bankının başçısı Canet Yellen deyir ki, ölkənin maliyyə sistemi, tənəzzüldən öncəki vaxtdan daha təhlükəsizdir. Amma bununla bərabər, Yellen, Vaşinqtonun müəyyən maliyyə nizamlamalarını tamam “tullamaq” əvəzinə, düzəlişlər etməsinin daha düzgün olduğunu bildirir.

Federal Ehtiyyatın Sədri deyir ki, 2008-ci ilin iqtisadi tənəzzülü 9 milyon amerikalının iş yerinin və milyonlarla amerikalının evlərini itirmələrinə səbəb olmuşdu. Yellen əlavə edib ki, tənəzüldən sonra edilən maliyyə islahatları, gələcəkdə böyük institutların uğursuzluq ehtimalını azaltmaq və maliyyə şirkətlərinin borc problemlərini, hökümətin iştirakı olmadan, nizamlı şəkildə həll edilməsi məqsədi daşıyırdı.

Mərkəzi bankın rəhbəri deyir ki, uğurzluğa düçar olmaları ilə bütöv iqtisadiyyata ciddi zərər vura biləcək nəhəng maliyyə şirkətlərinin daha böyük ehtiyata sahib olmaları tələb olunur. Bu yolla, kreditin qaytarılması ilə bağlı problemlər yaransa, şirkət, itkilərini bərpa etmək üçün aktivlərini ucuz qiymətə satmaq məcburiyyətində qalmayacaq. Tənəzzülə qədər mövcud olan kiçik ehtiyyat limiti, böhran vaxtı hər kəsin aktivlərini eyni vaxtda satmağa məcbur edirdi. Həmin dövrdə heç kəsin bu aktivləri almaq niyyəti olmadığından, zərər çəkmiş şirkətkər onları daha ucuz qiymətə satmalı olurdular.

Yellen qəbul edir ki, nizamlamanın sərtləşdirilməsi iqtisadi tərəqqi üçün lazım olan kredit vermək və risk götürmək imkanlarını məhdudlaşdıra bilər. Bununla bərabər, Federal Ehtiyyat rəhbəri deyir ki, araşdırmaların bu məsələ ilə bağlı birmənalı cavabı yoxdur. Belə ki, bəzi tədqiqatlara əsasən, nizamlamalar kredit vermək səviyyəsini artıra, digərlərinə əsasən ona maneələr yarada bilər.

Cümə günü, ölkənin aparıcı iqtisadi rəsmilərinin toplaşmasınada çıxış edən Yellen həm də bildirib ki, Federal Ehtiyyat uğursuzluq nəticəsində ölkə iqtisadiyyatına zərər vura bilməyəcək kiçik banklar üçün nizamlamaların sadələşdirilməsi yollarını axtarır.

Kiçik banklar şikayət edirlər ki, mürəkkəb nizamlamalara riayət etmək məsrəfləri, onların kredit vermək qabiliyyətlərini məhdudlaşdırır. Kiçik banklar ona görə əhəmiyyətlidir ki, onlar yeni iş yerləri açan kiçik və yeni yaranan şirkətlərin əsas kapital mənbələridir.

Yellenin diqqətlə izlənilən nitqi Respublikaçıların sərt nizamlamaların kredit təklifinə və iqtisadi tərəqqiyə zərər verməsi ilə bağlı səslənən tənqidlərindən sonraya təsadüf edir.

Xatırladaq ki, prezident Donald Tramp həmin nizamlamaların əsas hissələrini ləğv etməklə bağlı çağırış edib.

XS
SM
MD
LG