Accessibility links

Yellouston Milli Parkı - Geotermal sular və bizonların vətəni [Video]


Yellouston Milli Parkı - Geotermal sular və bizonların vətəni
please wait

No media source currently available

0:00 0:03:12 0:00

Yellouston Milli Parkı - Geotermal sular və bizonların vətəni

Yellouston Milli Parkının ən məşhur yerlərindən olan Old Faithful-da təqribən 500-dən çox qeyzer və 10 minə yaxın digər geotermal su hövzələri yerləşir.

Milli Park səyahətçisi olan Mikah Meyer 1872-ci ildə Konqres tərəfindən qurulan dünyanın ilk milli parkına səfəri zamanı həmin bu su hövzələrinin böyük bir hissəsini görmək imkanı əldə edib. Onun sözlərinə görə, dünyadakı qeyzerlərin yarısından çoxu bu parkın sərhədləri daxilində yerləşir.

Yelloustonun isti bulaqlarında yaranan rənglər bu sularda inkişaf edən mikroblara görədir. Suyun hansı rəngdə olmasını isə suyun temperaturu müəyyən edir.

Sürətlə axan Yellouston çayının üzərində yerləşən Aşağı şəlalə parkın ən hündür şəlaləsidir. 94 metr hündürlüyə malik bu şəlalə Niaqaradan 2 dəfə hündürdür.

Yelloustone parkı 48 ştat arasında ən geniş növ məməlilər dəstəsi yaşayan yerdir. Burada ayı kimi yırtıcılarla yanaşı otyeyən və balaca heyvanlara da rast gəlmək mümkündür.

Amma yenə də parkın ən əsas xüsusiyyəti Old Faithful püskürməsidir.

Əgər siz geotermal sular və qeyzerlərlə maraqlanırsınızsa əmin olun ki, Yellouston Milli Parkından gözəl yer tapa bilməzsiniz

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG