Accessibility links

Prezident Saleh ABŞ-a səfər edəcəyini deyib


Prezident Saleh ABŞ-a səfər edəcəyini deyib
Prezident Saleh ABŞ-a səfər edəcəyini deyib

Yəmən prezidenti Əli Abdulla Saleh təhlükəsizlik qüvvlərinin doqquz müxalif nümayişçini güllə ilə vurub öldürməsindən sonra Yəməni tərk edib ABŞ-a gedəcəyini bildirib.

Mətbuat konfransı zamanı danışan cənab Saleh deyib ki, o, kütləvi informasiya vasitələrinin diqqətini cəlb etməmək və ölkənin milli birlik hökumətinə fevral ayında seçkilərə hazırlıqlar görmək imkanı vermək üçün Birləşmiş Ştatlara səfər edərək. O həmçinin müxalifətçi siyasətçi kimi siyasi həyatda iştirak etmək üçün Yəmənə qayıtmağa söz verib.Cənab Saleh səfərin tarixi ilə bağlı bir söz deməyib.

Bu gün bir qədər əvvəl Yəmən əsgərləri Taiz şəhərindən 270 kilometr yol gələrək paytaxt Sənaya yetişən on min lər ləhökumət əleyhdarı nümayişçinin yürüşünü dayandırmaq üçün onlara atəş açıb. Əsgərlər və polis yürüşü dayandırmaq üçün nümayişçilərə qarşı gözyaşardıcı qaz işlədib. Tibb işçiləri 200 adamın yaralandığını bildirir.

Sənanın bir çox sakini prezident Salehin yüzlərlə fəalın qətlinə görə məhkəməyə çıxarılmasını tələb edən nümayişçilərə qoşulub.

XS
SM
MD
LG