Accessibility links

Yəməndə ABŞ hərbçisi həlak olub


Yemen
Yemen

ABŞ hərbi qüvvələrinin bildirdiyinə görə, Yəməndə Əl-Qaidəyə qarşı keçirilən əməliyyatlar zamanı bir nəfər hərbçi həlak olub, üç hərbçi yaralanıb.

"Biz elit hərbçilərimizdən birini itirdiyimizlə bağlı dərin kədər ifadə edirik. Biz bütün dünyada günahsız insanlara hədə olan terrorçulara qarşı mübarizədə böyük qurbanlar veririk"-deyə ABŞ-ın Mərkəzi Komandanlığının komandiri, general Cozef Votel bildirib.

ABŞ-ın Mərkəzi Komandanlığının komandiri, general Cozef Votel
ABŞ-ın Mərkəzi Komandanlığının komandiri, general Cozef Votel

ABŞ-ın Mərkəzi Komandanlığının bəyanatında Əl-Qaidənin yerli şəbəkəsi olan qrupa qarşı hərbi əməliyyat zamanı 14 terrorçunun qətlə yetirildiyi bildirilir.

Biz bütün dünyada günahsız insanlara hədə olan terrorçulara qarşı mübarizədə böyük qurbanlar veririk.
General Cozef Votel

Yerli mənbələr və qəbilə üzvlərinin bildirdiyinə görə, Əl-Qaidənin yüksək səviyyəli üç lideri də qətlə yetirilənlər arasındadır.

Hərbi əməliyyat Bayda vilayətində keçirilib.

XS
SM
MD
LG