Yəmən hökuməti ölkədə fəaliyyət göstərən Əl-Qaidə şəbəkəsində ikinci nömrəli fiqurun qətlə yetirildiyini bildirir.
Yəmənin müdafiə nazirliyinin veb saytında yerləşdirilmiş məlumatda Hadramautda ordunun keçirdiyi əməliyyat zamanı səudiyyəli Səid Əl-Şehrinin daha bir neçə yaraqlı ilə bərabər öldürüldürün deyilir. Əməliyyatın detalları barədə məlumat verilməyib.
Yəmənin cənubunda fəaliyyət göstərən Ərəbistan yarımadasında Əl-Qaidə şəbəkəsinin üzvləri intiharçı hücumlar həyata keçirir və Yəmən rəsmilərinin qətlə yetirilməsi üçün onları hədəf alır.
Qrup habelə 2010-cu ildə ABŞ-a uçan yük təyyarələrinə partlayıcı maddələr keçirməyə çalışaraq, ABŞ-ın maraqlarını təmsil edən obyektlərə qarşı da hücumlar planlaşdırıb.
Yəmənin təhlükəsizlik mənbələrinin Röyters agentliyinə bildirdiyi kimi, Şehri keçən həftə çərşənbə günü ABŞ-ın məsafədən idarə edilən təyyarələrinin iştirak etdiyi əməliyyat zamanı qətlə yetirilib. Pilotsuz iderə edilən təyyarələr Yəmənin hökumətinə Əl-Qaidə və ölkədə fəaliyyət göstərən yaraqlı qruplara qarşı mübarizədə kömək göstərir.
Şehri ABŞ-ın Quantanamoda hərbi həbsxanasında məhbus olub. O, 2007-ci ildə Səudiyyə Ərəbistanı rəsmiləri təhvil verilib.