Accessibility links

BMT Yəməndə humanitar yardım əməliyyatları üçün 4.2 milyard istəyir


Yəməndə vətəndaş müharibəsində döyüşən tərəflərin əsas dəniz limanlarından uzaqlaşdırılması prosesi bir gün ərzində başlaya bilər. Lakin humanitar yardım əməliyyatları üçün maliyyənin bir neçə həftə ərzində bitə bilməsinə dair xəbərdarlıq edilir .

BMT əhalisinin 80 faizinin yardıma və müdafiəyə ehtiyacı olan Yəməndə humanitar əməliyyatlar üçün 2019-cu ildə 4.2 milyard dollar istəyir.

Yəmən paytaxtı Sənadakı xəstəxanada həkim aclıqdan əziyyət çəkən uşağı müayinə edir.
Yəmən paytaxtı Sənadakı xəstəxanada həkim aclıqdan əziyyət çəkən uşağı müayinə edir.

Bu arada, Birləşmiş Ştatların Yəməndəki səfiri Martin Qriffits Əmmandan video bağlantı vasitəsilə BMT-nin Təhlükəsizlik Şurasının iclasına qatılaraq deyib ki, döyüşən tərəflər dekabr razılığına uyğun olaraq əsas üç dəniz limanından uzaqlaşmağa hazırdır.

Səfir Qriffits dislokasiyanın ilk mərhələsinin çərşənbə günündən gec olmayaraq başlayacağını bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG