Accessibility links

BMT: Yəməndə kütləvi aclıq başlaya bilər


BMT humanitar yarım yardım idarəsinin rəhbəri Stefen Obrayanın sözlərinə görə, müharibənin cənginə düşmüş Yəmən kütləvi aclıqdan bir addım aralıdadır.

Obrayan dünən BMT Təhlükəsizlik Şurasına deyib ki, 370 mini uşaq olmaqla, 2 milyon yəmənli aclıq içərisindədir.

Obrayananın sözlərinə görə, 5 yaşından aşağı 10 mindən çox uşaq yoluxucu qarşısı alına bilən xəstəliklərdən həlak olub. Ölüm hallarının çoxu peyvənd və müalicənin olmamasına görə baş verib.

Ötən il Yəməndə müharibə başlayadan bəri ərzaq qiymətləri 20 faiz artıb və Səudiyyə Ərəbistanının tətbiq etdiyi blokada ölkəyə ərzaq gətirilməsini çətinləşdirib. Ölkə münaqişədən öncə ərzaq ehtiyatının 90 faizini idxal edirdi.

Obrayananın sözlərinə görə, 5 yaşından aşağı 10 mindən çox uşaq yoluxucu qarşısı alına bilən xəstəliklərdən həlak olub. Ölüm hallarının çoxu peyvənd və müalicənin olmamasına görə baş verib.

O, habelə Yəməndə vəba xəstəliyinin yayılmağa başlamasına dair xəbərdarlıq edib. BMT və humanitar yardım tərəfdaşları ölkədə 21 vəba müalicə mərkəzi təsis etsə də, bu, xəstəliyin yayılmasının qarşısını almaq üçün yetərli olmaya bilər.


Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG