Accessibility links

BMT Yəməndə mülki vətəndaşların ölümündən narahatdır


Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisi Yəməndə mülki əhali arasında itkilərlə bağlı son məlumatları paylaşıb. Məlumatlar Səudiyə Ərəbistanının keçən ilin mart ayından Huti üsyançılarına qarşı başlatdığı bombalama əməliyyatları nəticəsində 3500 adamın həlak olduğunu, təxminən 6300 insanın isə yaralandığını göstərir.

Bu rəqəmlərin açıqlanması Yəməndə xüsusilə əsasən körpə uşaqlar olmaqla, ölən mülki vətəndaşların sayının çox olmasına görə Səudiyyə Ərəbistanının sərt tənqidlərə məruz qaldığı vaxta təsadüf edir.

İnsan hüquqlarının müdafiəsi qrupları Səudiyə Ərəbistanını BMT-nin illik uşaq hüquqları konfransına qatılanlar arasında qara siyahıya salınmasına çağırıb. BMT baş katibi Pan Gi Mun Səudiyə Ərəbistanının təzyiqlərinin qəbul edilməz olduğunu dedikdən sonra tənqid yağışına məruz qalmışdı. Səudiyyə Ərəbistanının BMT-dəki nümayəndəsi Abdulla Əl-Müəllimi rəsmi Riyadın qara siyahıya görə Banı təhdidlər etməsinə dair söhbətləri yenidən rədd edib.

“Təhdid və hədə-qorxular bizim tərzimiz deyil. Bu, nə bizim adətlərimizdə, nə də irsimizdə var” - deyə səfir qeyd edib.

XS
SM
MD
LG