Yəməndə ciddi vəba epidemiyası yayılıb. BMT-nin Səhiyyə Agentliyinin bildirdiyinə görə, Yəmənin ucuz vəba vaksinləri ilə təmin edilməsi təhlükəsizlik və müharibə səbəbi ilə çətinliklərlə qarşılaşıb.
Bu ölkədə 313 min adamın vba xəstəliyinə yoluxduöu təxmin edilir. Vəna indiyədək Yəməndə 1700-dən artıq insan həyatına son qoyub. Müharibə ölkənin səhiyyə sistemini sıradan çıxarıb. İçməli su qıtlığı yaşanır. Minyonlarla insan aclıq çəkir.
Ümumdünya Səhiyyə Təşkilatı vaksinlərin təcili şəkildə Yəmənə çatdırılması üçün alternativ martşrutlat tapılmasına çağırır.
Ötən ay təkilat Yəmənə 1 miyon vaksin dozası göndərib. Hər gün orada 3-5 min yeni xəstə qeydə alınır.
UNICEF-in Yaxın Şərq üzrə direktoru Git Kappelaer “Associated Press” agentliyinə bildirib ki, aprel ayında Yəməndə 70 min şübhəli vəba xəstəsi barədə məlumat yayılıb.
Paytaxt Sanaada mayın 15-də fövqəladə vəziyyət elan olunub və beynəlxalq yardım istənilib.
Epidemiyanın Yəmənin 22 bölgəsindən 19-da yayılıb. Xəbərdarlıq edilib ki, ölkəyə təcili yardım olunanadək hər həftə vəba xəstələrinin sayı iki dəfə arta, “Yəmənin sərhədlərini aşa bilər”.
Paytaxt Sanaa silahlı Husi hərəkatının nəzarətindədir. İranın dəstəklədiyi şiəməzhəb husilər Səudiyyə koalisiyası ilə mübarizə aparır.
Müharibədə 10 mindən çox insan öldürülüb, milyonlarla köçkün yaranıb. Ölkə infrastrukturuna ciddi ziyan dəyib.
Ümumdünya Səhiyyə Təşkilatının direktoru sabah BMT-nin Təhlükəsizlik Şurasında Yəmən epidemiyası böhranı məsələsini qaldırmalıdır.