Accessibility links

Yəmən prezidenti qaçıb


Yəmən rəsmilərinin bildirdiyinə görə, Huti döyüşçüləri cənubdan hücumları davam etdirdikləri bir vaxt, ölkə prezidenti Əbd-Rəbbi Mənsur Hadi bu gün Ədən şəhərindəki iqamətgahından naməlum istiqamətdə qaçıb.

Bundan əvvəl rəsmilər cənab Hadinin qaçdığı ilə bağlı məlumatı tamamilə inkar etmişdilər. Keçən ay Hutilər tərəfindən paytaxt Sənada ev dustaqlığına məhkum edilən prezident Hadi Ədənə qaçaraq, orada öz hökumətini qurmağa cəhd etmişdi.

Səna şəhərini keçən ilin sentyabr ayında ələ keçirən hutilər cənub şəhəri Ədənə doğru irəliləyirdilər. Xəbərlərdə deyilir ki, prezident Ədən şəhərinin 60 kilometrliyindəki Əl-Anad hərbi hava bazasının üsyançılar tərəfindən ələ keçirilməsindən sonra qaçıb.

Əl-Anad Birləşmiş Ştatların Yəməndəki Əl-Qaidə yaraqlılarının mövqelərinə qarşı pilotsuz təyyarələrdən istifadə etdiyi baza idi. Keçən həftənin şənbə günü ABŞ təhlükəsizlik səbəbindən bazada olan işçilərinin ölkəni tərk etdiyini bildirdi.

XS
SM
MD
LG