Accessibility links

Yəməndə koalisiya qüvvələrinin hava zərbələri azı 23 nəfərin ölümünə səbəb olub


Yəməndə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin hava zərbələri Hodeydada azı 23 nəfərin ölümünə səbəb olub.

Bu gün həyata keçirilən hücum zamanı 8 nəfər xəsarət alıb. Hücum nəticəsində yaxınlıqdakı bazar və yanacaqdoldurma stansiyası alovlanıb.

Şahidlər və rəsmilər qisas qorxusuna görə, adlarının gizli saxlanmasını istəyib.

Beynəlxalq insan haqlarının müdafiəsi qrupları koalisya qüvvələrini mülki əhalinin toplaşdığı bazarlar, xəstəxanalar və digər izdihamlı yerləri hədəf almaqda günahlandırıb.

Yəməndə 2015-ci ilin mart ayından bəri İranın dəstəklədiyi husilərə qarşı mübarizə aparılır.

Müharibə nəticəsində 10 mindən çox mülki vətəndaş həlak olub. Ərəb dünyasının ən yoxsul ölkəsində hazırda aclıq hökm sürür.

XS
SM
MD
LG