Yəmənin cənub-şərq bölgəsində Mukalla şəhəri yaxınlığındakı polis sıralarına çağırış mərkəzində intiharçının növbədə dayanan şəxslər arasında özünü partlatması nəticəsində 25 nəfər həyatını itirib. İntiharçı hücumu zamanı 60-dan çox insan yaralanıb.
Tibb işçiləri partlayış nəticəsində sağ qalan şəxslərin yerli xəstəxanaya aparıldığını bildirib.
İŞİD internetdə yerləşdirilən bəyanatda intiharçı bomba hücumuna görə məsuliyyəti öz üzərinə götürüb. Bu, rəqib islamçı Əl-Qaidə qrupunun istinadgahı olan Mukallada bir həftə ərzində həftə həyata keçirilmiş ikinci hücumdur.
Yəmənin beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökuməti bir il ərzində Əl-Qaidənin nəzarətində olan Mukallanı keçən ay geri alıb.
İŞİD keçən həftənin cümə axşamı günü hərbi dəniz qüvvələrinin bazasında 10 əsgərin ölümü, 15-nin isə yaralanması ilə nəticələnmiş intiharçı hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.