Accessibility links

Yəməndə Əl-Qaidə Mukalla hava limanını ələ keçirib [Fotoqalereya]


Cənub neft terminalı da yaraqlıların nəzarətindədir

Yəməndə Əl-Qaidə yaraqlıları tərəfindən Mukalla şəhərinin hava limanı ələ keçirilib.Cənub neft terminalı da yaraqlıların nəzarətindədir.

Ölkənin nəzarətini Huti üsyançılarından almaq məqsədilə başladılmış kampaniya intensivləşdiyi üçün Birləşmiş Millətlər Təşkilatının Yəməndəki sülh elçisi Camal Benomar vəzifəsindən ayrılır.

BMT bildirir ki, onun yerinə təyin olacaq şəxsin adı tezliklə açıqlanacaq. Təşkilat isə Benomarın dövründə mübarizə aparan sülh təşəbbüsünü bərpa edəcək.

Eyni zamanda Səuddiyə Ərəbistanının ABŞ-dakı səfiri Səudiyyənin başçılıq etdiyi ərəb koalisiyasının Hutilərin Yəməni ələ keçirməmələri üçün əlindən gələni edəcəyini bildirib.

Səfir Adil əl-Cubeir Vaşinqtonda müxbirlərə bildirib ki, səudiyyəlilər Huti rəhbərliyindəki parçalanmanı hiss edirlər. O, həmçinin bildirib ki, Hutilərə qarşı hava hücumları nəticə verir.

İran prezidenti Həsən Ruhani isə hava hücumlarının Yəmənin infrastrukturunu dağıtmaqdan əlavə dinc əhalinin tələfatına səbəb olduğunu deyib.

Səuddiyə Ərəbistanının ABŞ-dakı səfiri BMT-nin hava hücumlarının dinc əhalinin ölümünə səbəb olduğuna dair ittihamlarını rədd edib.

XS
SM
MD
LG