Accessibility links

BMT-də Yəmənə yardım üçün ianə toplanılıb


Beynəlxalq Millətlər Təşkilatı Yəməndə müharibə səbəbilə aclıqdan əziyyət çəkən milyonlarla insana humanitar yardım məqsədilə toplanması nəzərdə tutulan 2,1 milyon dolların yarısından çoxunu əldə etməyə nail olub.

Təşkilat çərşənbə axşamı Cenevrə şəhərində keçirilən konfransda beynəlxalq ianəçilərdən pul toplamağa nail ola bilib.

Əgər bütün tərəflər üzərlərinə düşən beynəlxalq humanitar qanunlara əməl edərsə, çox surətli şəkildə yaşanan bu aclığın qarşısını ala bilərik.

“Biz bu gün bura insanların çəkdiyi əzabları duymaq və onlar üçün ümid yaratmaq məqsədilə toplaşmışıq. Beynəlxalq təşkilatlar bu böhranı aradan qaldırmaq üçün lazım olan gücə və vasitəyə sahibdir. Əgər bütün tərəflər üzərlərinə düşən beynəlxalq humanitar qanunlara əməl edərsə, çox surətli şəkildə yaşanan bu aclığın qarşısını ala bilərik,” deyə BMT Baş Katibi Antonio Guterreş bildirib.

BMT-nin hesablamalarına görə, vətəndaş müharibəsi gedişatında son iki il ərzində 10 minə yaxın insan həyatını itirmiş, minlərlə insan yaralanmış, 3 milyondan çox insan isə evini tərk etməyə məcbur qalmışdır.

Müharibə nəticəsində təxminən 300-ə yaxın sağlamlıq mərkəzi dağıdılmış, milyonlarla insan müxtəlif növ xəstəlik təhlükəsi ilə üzləşmişdir.

BMT Baş Katibi Antonio Guterreş ianə toplantısında donorlara müraciət edir. 25 aprel, 2017.
BMT Baş Katibi Antonio Guterreş ianə toplantısında donorlara müraciət edir. 25 aprel, 2017.

Həmçinin, müharibə Yəmən iqtisadiyyatına da əhəmiyyətli dərəcə ziyan vurub.

Antonio Guterreş bildirib ki, hal-hazırda Yəməndə 17 milyona yaxın insan ac qalma təhlükəsi altındadır, 3 milyondan çox insan isə artıq uzun müddətdir ki, aclıqdan əziyyət çəkir.

Guterreş qeyd edib: "Biz yardımların ehtiyacı olanlara maneəsiz şəkildə çatdığına əmin olmalıyıq."

Qırmızı Xaç Beynəlxalq Cəmiyyətinin Yaxın Şərq üzrə direktoru Robert Mardini ölkədə qida, yanacaq və tibbi məhsulların paylanılmasında məhdudiyyətlərin olduğunu təsdiqləyib və bütün ölkəyə qida və dərman hərəkətınin fəaliyyətinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG