Accessibility links

Yəməndə intiharçı hücumu


Yəmənin liman şəhəri Adendə intuharçı hücumu 40-dan çox əsgərin ölümünə səbəb olub. Rəsmilərin bildirdiyinə görə, hücum əsgərlərin maaşlarını almaq üçün bazaya toplaşdıqları vaxt baş verib.

Hücumun məsuliyyətini İslam Dövləti qrupu üzərinə götürüb.

Hadisə ABŞ dövlət katibi Con Kerrinin Səudiyyə Ərəbistanına səfəri zamanına təsadüf edir.

Kerrinin səfərinin məqsədi Kral Salmanla Yəmənin vətəndaş müharibəsinin müzakirəsidir.

Səudiyyə Ərəbistanı Yəmənin İranın dəstəklədiyi Huti qiyamçılarına qarşı mübarizə aparan koalisiya qüvvələrinə rəhbərlik edir.

İŞİD bir həftə əvvəl 45 əsgərin ülümü ilə nəticələnən hücumun da məsuliyyətini üzərinə almışdı.

Həmin hadisə zamanı onlarla insan xəsarət almışdı.

XS
SM
MD
LG