Accessibility links

Yəmənin paytaxtı Sənada kamikadze hücumları


Səhiyyə rəsmilərinin bildirdiyinə görə, Yəmənin paytaxtı Sənada məscidlərə qarşı kamikadze hücumları nəticəsində onlarla insan həlak olub, yüzdən artıq insan xəsarət alıb.

Hücumlar Bədr və Əl Həşuş məscidlərində cümə namazı zamanı həyata keçirilib.

Huti isyançıları cənub Aden şəhərində prezident Əbd-Rabbu Mənsur Hadi qüvvələri ilə qızğın döyüşlər aparıb.

Hadi ötən ay Huti üsyançıları tərəfindən ev dustaqlığından qaçmağa nail olub. Hazırda Adendə olan Hadi hakimiyyətini bərpa etmək üçün siyasi fraksiyalarla mübarizə aparır.

BMT, ərəb ölkələri və ABŞ da daxil edilməklə, bir neçə Qərb dövləti Hadini dəstəklədikləri barədə bəyanatlarla çıxış edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG