Bazar günü Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri Aden liman şəhərində separatistlərə qarşı hücumlarda Yəməninin hökumət qüvvələrinə yardım edib.
Birləşmiş Millətlər Təşkilatının verdiyi məlumata görə, Yəmənin Səudiyyə tərəfindən dəstəklənən, beynəlxalq səviyyədə tanınan hökumətinin müvəqqəti oturacağı olaraq fəaliyyət göstərən liman şəhərinə nəzarət etmək üçün avqustun 8-də başlayan döyüşlər 40 nəfərin ölümünə və 260 nəfərin yaralanmasına səbəb olub.
"İnsanların Qurban bayramını qeyd etməkdənsə, matəm saxlaması dəhşət doğurur" - deyə, BMT-nin Yəmən üzrə humanitar kooridnatoru Lis Qrande bildirib.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi sünni koalisiya bildirib ki, hücum prezident Əbd-Rabbu Mənsur Hadi hökumətinə birbaşa təhdid olan yaraqlılara qarşı edilib. Hücumun delalları açıqlanmayıb.
Hadi hazırda Səudiyyə Ərəbistanına sığınıb.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri Yəmən hökümətinə İranın dəstələdiyi husilərin paytaxt Sənadan çıxarılmasına yardım edib.
Husiləri dəstəkləyən İran isə Səudiyyə Ərəbistanının ona qarşı irəli sürdüyü ittihamları rədd edir.
Britaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Ştatlardan ibarət diplomatik qrup bazar günü bəyanatınla çıxış edərək, husilərin aeroporta etdiyi hava hücumunu qınayıb və İranın Yəmən, eləcə də Yaxın Şərqdə destabilizasiya yaratdığını deyib.