Accessibility links

ABŞ prezidenti Con Makkeyni hədəf alıb


Donald Tramp Twitter hesabında Respublikaçı senatorun Yəməndəki hərbi missiya haqda dediklərini tənqid edib

ABŞ prezidenti Donald Tramp Respublikaçı senator Con Makkeyni hədəf alıb. Donald Tramp Twitter hesabında Amerikanın Yəməndəki hərbi reydini tənqid edən senatorun dəniz donanması üzvünün həlak olduğu bu hücumun tənqidini "düşmənin təşviqi" adlandırıb.

“Yaxşı olardı ki, Senator Makkeyn missiyanın uğurun yaxud iflası haqda mediaya danışmayaydı. Bu, ancaq düşməni ürəkləndirir! O, o qədər uduzub ki, artıq udmağın yolunu bilmir. Bir baxın ölkə nə gündədir. Hər yerdə konfliktdə ilişib qalıb," Tramp Twitterdə yazıb.

Senator Makkeyn Uilyam Rayan Ounsun ölümü ilə nəticələnən reydi uğursuzluq kimi qiymətləndirib. O deyib ki, qadınlar və uşaqlar da daxil edilməklə, mülki əhali və 75 milyon dollarlıq təyyarənin itkisinə səbəb olan bu hücum uğur adlandırıla bilməz.

Qadınlar və uşaqlar da daxil edilməklə, mülki əhali və 75 milyon dollarlıq təyyarənin itkisinə səbəb olan bu hücum uğur adlandırıla bilməz

​Ağ Evin mətbuat katibi Şon Spayser reydi müdafiə edərək, bunun Əl-Qaidə ilə əlaqəsi olan 14 şübhəlinin ölümünə səbəb olduğunu bildirib.

"Bu, tam bir uğur idi. Əgər kimsə bunun əksini düşünürsə, bu, Rayan Ounsa xəyanət hesab edilə bilər" Spayser bildirib.

Reyd Trampın yeni administrasiyasının ilk ən böyük hücumu hesab edilir.

Yəmən hökuməti reydin dəyərləndirilməsini tələb edib. Hökumət hucumun ABŞ-la əks-terror təşəbbüsləri əsasında həyata keçirildiyini inkar edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG