Accessibility links

Yəmənin keçmiş prezidenti öldürülüb


FILE - Former Yemeni President Ali Abdullah Saleh speaks during a ceremony to celebrate the 35th anniversary of the founding of the Popular Conference Party, in Sanaa, Yemen.
FILE - Former Yemeni President Ali Abdullah Saleh speaks during a ceremony to celebrate the 35th anniversary of the founding of the Popular Conference Party, in Sanaa, Yemen.

Yəmənin keçmiş prezidenti Əli Abdulla Salehin partiyası onun öldürüldüyünü bildirib. Sosial mediada Salehin cəsədi olduğu deyilən video görüntülər paylaşılıb.

“O, respublikanın müdafiəsi uğrunda şəhid olub”, Ümumi Xalq Konqresinin lideri Faiqə Əl-Seyyid bildirib. O, Salehin paytaxt Sənanın cənubunda qətlində Huti üsyançılarını günahlandırıb.

75 yaşlı Saleh Yəməni 30 ildən artıq bir müddət idarə etdikdən sonra 2012-ci ildə siyasi təzyiqlər nəticəsində hakimiyyətdən devrilib. Lakin buna baxmayaraq, o, İranın dəstəklədiyi Hutilərlə alyans yaradaraq, səhnə arxası hakimiyyətini saxlamaqda davam edirdi.

Huti şiə döyüşçülər keçmiş prezident Salehin iqamətgahına aparan yolu mühafizə edir, Səna, 4 dekabr, 2017.
Huti şiə döyüşçülər keçmiş prezident Salehin iqamətgahına aparan yolu mühafizə edir, Səna, 4 dekabr, 2017.

Onun ölümü alyansın belə görünür, dağılmasından iki gün sonraya təsadüf edir. Şənbə günü Saleh Huti militantlarını qınayıb və Səudiyyə Ərəbistanı ilə əlaqələrin bərpa edilməsini tövsiyə edib.

Onun ölümü haqda bundan öncə məlumat verən üsyançılar Salehin Səudiyyə Ərəbistanına yola düşərkən öldürüldüyünü bildirib. Onlar Salehin ölümünü onun özünün “heç vaxt inanmadığı alyansa” qarşı “çevriliş” cəhdinin qarşısının alınması adlandırıb.

Tərəflər üç il bundan əvvəl səyləri birləşdirib, Səna ətrafındakı əraziləri ələ keçirərək, beynəlxalq ictimaiyyət tərəfindən tanınan prezident Əbdu Rabu Mənsur Hadini ölkədən qaçmağa və Səudiyyə Ərəbistanının başçılığı ilə hərbi müdaxilə haqda müraciət etməyə vadar edib.

Bu yaxınlarda tele-müraciəti zamanı Saleh Yəmənin limanlarının mühasirəsinə son qoymağa çağırıb və bunun müqabilində “yeni səhifə açmağa” və onlarla müsbət yolla davranmağa” çağırıb.

Salehə sadiq döyüşçülər və Hutilər arasında ilk toqquşma keçən həftə Saleh üsyançıları Sənadakı böyük məscidə və onun qardaşı oğlu-xüsusi təyinatlı qüvvələrin nüfuzlu komandiri Tarik Salehə hücum etməkdə ittiham etməsindən sonra baş verib.

XS
SM
MD
LG