Accessibility links

Liviyada ABŞ səfirinin qətli ilə bağlı bir neçə adam həbs edilib


El consulado estadounidense envuelto en llamas tras el ataque de protestantes libios.
El consulado estadounidense envuelto en llamas tras el ataque de protestantes libios.
Liviya rəsmiləri ABŞ səfirinin qətli ilə bağlı bir neçə adamın həbs edildiyini bildirsələr də, həbs edilənlər barədə məlumat verməyiblər.

Anti-Amerika əhval-ruhiyyəsi Yaxın Şərq və və Cənub-şərqi Asiya ölkələrində vüsət alıb. Qahirə, Tehran Bağdad və Dakada keçirilən eiraz aksiyaları zamanı “Amerikaya yox”, “İsraiə Yox ” şüarları səsləndirilib, Amerika bayraqları yandırılıb.

İslamı təhqir edən filmə etiraz edən yüzlərlə yəmənli Birləşmiş Ştatların Səna şəhərindəki səfirliyinin ərazisinə daxil olub. Son insident Yaxın Şərq regionunda Amerikaya qarşı baş qaldırmış etiraz aksiyalarının fonunda cərəyan edir.

Etirazçıların bir neçə diplomat maşınını yandırmasından sonra təhlükəsizlik qüvvələri xəbərdarlıq atəşi açıb və suvuran maşınlardan istifadə edərək, onları səfirliyə məxsus ərazidən çıxarmışlar. Hadisə zamanı yaralananların olduğu bildirilir.

Bu arada, ABŞ-ın Misir paytaxtı Qahirədəki səfirliyi qarşısında 200-ə qədər gəncin keçirdiyi etiraz aksiyası zamanı polis gözyaşardıcı qazdan istifadə edib. Zorakılıqlara Məhəmməd peyğəmbəri təhqir edən, Amerikada çəkilmiş qısametrajlı film olub.

Misirin İslamçı prezidenti Məhəmməd Mursi Brüsselə rəsmi səfəri zamanı müsəlman peyğəmbərinin filmdə təhqir olunmasını pisləmiş, eyni zamanda zorakılıqları rədd etmişdir. O, Misirdə olan xariciləri qoruyacağını bəyan edib.

ABŞ dövlət katibi Hillari Klinton Məhəmməs Peyğəmbər haqda filmi “iyrənc” adlandırıb.

Bundan öncə ABŞ prezidenti Barak Obama və Liviya Milli Məclisinin prezidenti Məhəmməd Maqarif Benqazidə ABŞ konsulluğuna hücumun ətraflı araşdırılması barədə razılığa gəliblər. Liviya lideri hücuma görə ABŞ-dan üzr istəyib.
XS
SM
MD
LG