Ərəbistan Körfəzi müttəfiqləri və digər beynəlxalq qüvvələrin prezident Abd-Rəbbu Mənsur Hadiyə dəstək verdiyi bir vaxt, bu gün Səudiyyə hərbi təyyarələri Huti üsyançılarının mövqelərini vurub.
Rəsmilərin dediyinə görə, çərşənbə günü gecə başlayan hava hücumları kampaniyası zamanı hutilərin artıq bir neçə həftədir ölkənin cənubunda ələ keçirdikləri hərbi bazalar hədəf alınıb.
Hutilərin səhiyyə rəsmiləri hücumlar nəticəsində 18 nəfərin həlak olduğunu, 24 adamın yaralandığını bildirib.
Hutilərin minlərlə tərəfdarı paytaxt Sənada toplaşaraq, “Amerikaya ölüm”, “İsraillə ölüm” şüarları səsləndirib. Aksiya hutilərin komandiri tərəfindən təşkil edilib.
Pakistanın Xarixi İşlər Nazirliyi ordusunun əməliyyatda iştirak etməyə dair Səudiyyə Ərəbistanınından razılıq gözlədiyi bir vaxt, İordaniya, Misir və Sudan hərbi qüvvələrinin artıq kampaniyada iştirak etdiyini təsdiq edib.
Səudiyyəyə məxsus Əl-Ərəbiyyə xəbər agentliyi Səudiyyə Ərəbistanının əməliyyatlarda 150 min əsgərdən ibarət qüvvəsinin və 100 döyüş təyyarəsinin iştirak etdiyini bildirib. Agentlik Mərakeşin də əməliyyatlara qoşulacağına söz verdiyini deyib.
Səudiyyənin rəqibi, huti qrupunu dəstəkləyən İran isə hava hücumlarını qınayaraq, bunun işğal olduğunu və Yəməndəki böhranı daha da dərinləşdirdiyini deyib.