Accessibility links

Yəməndə ərəb koalisiyası ilə İrana arxalanan şiə qüvvələr arasında döyüşlər gedir


Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının Yəməndə İrana arxalanan şiə qüvvələri ilə döyüşləri zamanı 30 nəfər həlak olub.

Paytaxt Səananın Nihm rayonunda gedən döyüşlər zamanı ölənlərin əksəriyyəti mülki vətəndaşlardır.
Bu haqda adının açıqlanmasını istəməyən rəsmi məlumat verib.

Səudiyyə Ərəbistanının başçılığı ilə Yəmən prezidenti Əbdu Rabu Mənsur Hadini ölkədən qaçmağa məcbur edən Huti üsyançılara qarşı hava hücumları mart ayından başlayıb.

Yardım və insan haqlarının müdafiəsi təşkilatları qərb ölkələrini Səudiyyə Ərəbistanına silah satışını dayandırmağa çağırıb.

Human Rights Watch bu ayın əvvəllərində koalisyanı ABŞ-ın təmin etdiyi kaset bombalardan istifadə etməkdə günahlandırmışdı.

BMT koalisyanın 119 silah növündən istifadə etməsini humnaitar qanunlara zidd adlandırıb.

Qurum 2015-ci ilin mart ayından bəri Yəməndə 6000-dən artıq insanın öldürüldüyünü bildirir.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG