Accessibility links

Səudiyyə Ərəbistanı gəmisinin silah daşıdığından şübhələnilir


İspaniyanın silahlara nəzarət fəalları Səudiyyə Ərəbistanı gəmisinin Santander limanını tərk edərək, İtaliyaya istiqamət aldığını bildirib. Onlar gəminin Yəməndə istifadəsi ehtimal edilən silah daşıdığından şübhələnir.

Silahlara Nəzarət Koalisiyasının insan haqları və humanitar yardım şəbəsindən Alberto Estevez deyib ki, "Bahri Yanbu" karqo gəmisi iki konteyner yük götürüb.

İspaniya hökuməti iddialara münasibət bildirməyib.

Gəmi ilk əvvəl Fransadan silah daşımalı idi. Lakin etirazlar və hüquqi problemlərə görə bunu etməkdən çəkinib.

Hazırda ölkələr Səudiyyə Ərəbistanının silahla təmin edilməsi ilə bağlı ictimai təzyiqlərlə üzləşir. Belə ki, həmin silahlardan Yəməndə istifadə edildiyi güman edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada amerikalı jurnalist saxlanıb
please wait

No media source currently available

0:00 0:09:40 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG