Accessibility links

Yəmənin hərbi bazasına hücum olub


Yəmən təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, bu gün ölkənin cənub ö Zəncibar şəhərindəki hərbi bazaya edilən intiharçı hücumu azı 8 əsgərin ölümü ilə nəticələnib.

Odun yüklənmış yük maşını ilə Yəmənin hərbi bazasına gələn intiharçı bazaya daxil ola bilmədikdə maşını bazanın girəcəyində partladıb.

Partlayışdan sonra bazaya daxil olmaq istəyən digər hücumçularla hərbi qüvvələr arasında atışma başlayıb və 10 nəfər yaralanıb.

Hücumun məsuliyyətini öz üzərinə götürən olmasa da, Yəməndəki Əl-Qaidənin həmin bölgədə buna bənzər hücumlar həyata keçirdiyi məlumdur.

2015-ci ildə Yəmən hökuməti şiələrin Huti yaraqlıları və onun müttəfiqlərini cənub bölgələrdən çıxardıqdan sona thlükəsizliyi təminat altına ala bilməyib.

XS
SM
MD
LG