Accessibility links

BMT:Yəməndə münaqişə nəticəsində 100 min insan məcburi köçkünə çevrilib


BMT-nin uşaqlara yardım agentliyinin bildirdiyinə görə, Yəməndə münaqişə uşaq ölümü, onların şikəst və xəstələnmə riski qarşısında qalmağa davam etməsinə səbəb olmaqla yanaşı yüz minə qədər insanın məcburi köçkün olması ilə nəticələnib.

UNİCEF-in açıqladığı bəyanatda deyilir ki, insanların daha təhlükəsiz yer tapmaq üçün evlərini tərk etməsi nəticəsində ölkə boyu xəstəxanalar və digər xidmət sahələri daha intensiv rejimdə işləməli olur.

Təşkilat məcburi köçkün vəziyyətinə düşmüş uşaqların sağlamlığı üçün risklərin atdığını və onların təhsilini davam etdirməsi qarşısında çətinliklərin yarandığını bildirir. UNİCEF beynəlxalq hüquq normalarına uyğun olaraq həmin uşaqlara və onların ailələrinə xüsusi diqqət yetirilməsi və onların müdafiəsinə çaqırır.

Bazar ertəsi Yəmənin cənubunda Huti üsyançıları ilə ölkə prezidentinə sadiq qüvvələr arasında döyüşlər daha da şiddətləndiyinə görə, Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti bölgəyə lazımi yardımı çatdıra bilməyib.

XS
SM
MD
LG