Rəsmilər və şahidlərin dediyinə görə, Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinin müharibə getdiyi Yəməndə keçirdiyi hava hücumları zamanı toy məclisində azı 15 nəfər ölüb, 25 nəfər isə yaralanıb.
Hava hücumları çərşənbə gecəsi Damar vilayətinin Sənban regionundakı evi dağıdıb. Koalisiya qüvvələri aylardır regiondakı şiə huti üzyançıların mövqelərini hədəf alır.
Alyansın Riyaddakı baş qərargahı hələlik hücumla bağlı heç bir açıqlama verməyib.
Koalisiya Yəməndə ölümlə nəticələnən hücumlarla bağlı dəfələrlə ittiham edilib.
BMT 6 ayda həyata keçirilən hava hücumlarının mindən çox mülki vətəndaşın ölümü ilə nəticələndiyini bildirib.
Koalisiya qüvvələrinin son 10 gündə ikinci dəfədir ki, toy məclisini hədəf aldığı deyilir. Koalisiya sentyabrın 28-də, Qırmızı dəniz sahilində 130-dan çox insanın həlak olduğu toy məclisinə edilən hücumun məsuliyyətini öz üzəerinə götürməkdən imtina edib.