Accessibility links

Yəmən silahlı qüvvələri və Əl-Qaidə yaraqlıları arasında toqquşma baş verib


Yəmənin cənubunda təhlükəsizlik qüvvələri və Əl-Qaidə yaraqlıları arasında toqquşma bir yaraqlının ölümü, ikisinin yaralanması ilə nəticələnib.

Rəsmilər silahlı toqquşmanın ölkənin cənubunda Əd-Dali vilayətində baş verdiyini bildirib. Vilayət yaraqlıların fəal olduğu Abyan vilayətinin qonşuluğunda yerləşir.

Son bir il ərzində Yəməndə yaraqlılar ölkədə o zaman prezident olmuş Əli Abdulla Salehə qarşı üsyan davam etdiyi vaxt Abyanda mühüm bir neçə şəhəri ələ keçirib. Hazırkı prezident Abid Rabbo Mənsur Hadinin əmri ilə həmin ərazilərin nəzarətini ələ keçirmək üçün may ayında ABŞ-ın dəstəyi ilə yaraqlılar əleyhinə əməliyyatlar başlayıb.
XS
SM
MD
LG