Accessibility links

Yəmən prezidentinin ən yaxın adamı oğurlanıb


Yəmənin təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, naməlum silahlılar prezident Abdrabuh Mansur Hadinin administrasiyasının idarə heyətinin sədrini oğurlayıblar.

Rəsmilər deyir ki, silahlılar Əhməd Avad Bin Mübarəki və onun mühafizəçisini bu gün paytaxt Sənada onların maşını tıxacda dayanarkən oğurlayıb.

Hadisəyə görə şiə Huti üsyançıları şübhəli bilinir.

Huti yaraqlı qrupu Səna və ölkə boyu bir çox başqa regiona nəzarət edir.

Şiə Huti üsyançılar paytaxtı keçən ilin sentyabrında ələ keçirib. Onlar ölkədə Əl-Qaidənin Ərəbistan yarımadasındakı qolu və başqa müttəfiq sünni qəbilələlərlə döyüş aparır.

XS
SM
MD
LG