Accessibility links

BMT Səudiyyə Ərəbistanından Yəmənə qarşı hücumları dayandırmasını istəyib


BMT rəsmiləri Səudiyə Ərəbistanının Yəmənin mühüm beynəlxalq hava limanını hədəf almasını dayandırmasını xahiş edib. Rəsmilər hava hücumlarının uçuş xətlərini istifadəyə yararsız hala saldığını bildirib.

Yəmən üzrə beynəlxalq humanitar yardım üzrə koordinator Cohannes Van Der Klaauv deyib ki, humanitar yardım agentlikləri ölkəyə tibbi yardım və digər əhəmiyyətli təchizatlar gətirə bilmir.

BMT-nin Yəməndə fəaliyyət göstərən yardım işçiləri yanacaq çatışmamazlığı ucbatından bəzi ərazilərə ərzaq yardımı çatdırmağın mümkün olmadığını deyib.

Onlar Səudiyyə Ərəbistanının koalisiya qüvvələrinin Şiə Huti üsyançılarına qarşı hava hücumlarının da humanitar yardım səylərinə əngəl törətdiyini deyib.

BMT bildirib ki, ötən iki ay ərzində Yəməndə baş verən hadisələr nəticəsində 1200-dən çox insan öldürülüb, 300 min insan isə məcburi köçkünə çevrilib.

Səudiyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Hutiləri hədəf almaqla beynəlxalq səviyyədə qəbul edilmiş prezident Abdu Rabu Mansur Haidinin hakimiyyətini tam bərpa etmək istəyir.

XS
SM
MD
LG