Accessibility links

Yəməndə Huti üsyançıları ilə döyüşlər 48 nəfərin ölümülə nəticələnib


Yəmənin hökumət qüvvələri ilə Huti üsyançıları arasında iki gün davam edən döyüşlər azı 48 nəfərin ölümünə səbəb olub. Bu barədə Yəmən hərbi rəsmiləri bildirib.

İranın dəstəklədiyi üsyançılar ölkənin mərkəzi bölgələrində yerləşən Marib və Şabva vilayətlərində hücuma keçib və hökumətə sadiq qüvvələr tərəfindən geri oturdulub.

“Biz hücumun qarşısını ala bildik və əks hücuma keçərək üstünlük əldə etdik. Biz əl Alam ərazini ələ keçirdik və Selim ərazisinə nəzarəti ələ aldıq. Düşmənin bugünkü hücumundan sonra biz dayanmayacağıq. Hücumlara davam edəcəyik” deyə Yəmən ordu komandiri Musfir Əl Hariti bildirib.

Arabir hücumlar baş versə də Yəmən qüvvələri ilə üsyançılar arasında atəşkəs ümumilikdə davam edir.

BMT-nin Küveytdə vasitəçiliyi ilə keçirilən danışıqlar atəşkəsin daimi həllə əvəz edilməsi məqsədi daşıyır.

Yəməndə Səudiyyə Ərəbistanının hava hücumları ilə yanaşı quruda üsyançılara qarşı əməliyyatlar ölkədə humanitar böhrana gətirib çıxarıb. BMT Yəmən əhalisinin 80 faizinin ərzaq və tibbi yardıma olduqca böyük ehtiyacı olduğunu bildirib.

XS
SM
MD
LG