Accessibility links

Yəməndə 72 saatlıq atəşkəs başlayıb


BMT-nin Yəmən üzrə xüsusi elçisi Yəməndə döyüşən bütün tərəflərin razılığını aldıqdan sonra çərşənbə günü axşamdan 72 saatlıq atəşkəsin başladığını elan edib.

İsmail Ould Şeix Əhməd deyib ki, o, paytaxt Sənaya nəzarət edən üsyançı Huti hərbiçilərinin baş vasitəçisi və Ədən şəhərindən ölkəyə nəzarət edən prezident Əbd-Rabbu Mənsur Hadi hökuməti ilə əlaqə saxlayıb.

Atəşkəs elanı keçən həftənin şənbə günü Qırmızı dənizdə Amerikanın USS Mason gəmisinə raket atılmasından sonra edilib. Təhlilçilər raketin Hutilərin nəzarətində olan ərazidən atıldığı bildirir. Üsyançılar isə hücumların keçirildiyini rədd edib.

İranın dəstəklədiyi, eyni zamanda sabiq prezident Əli Abdulla Salehə sadiq qoşunların köməyi ilə Huti üsyançıları Yəmənin şimalı və qərbində böyük ərazilərə nəzarəti ələ alıb.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel Əl-Cubeir deyib ki, Hadiyə dəstək məqsədi ilə koalisiya hücumlarına başçılıq edən krallıq da Huti üsyançıları yeni atəşkəsə razılıq olduqları təqdirdə atəşkəsə razılıq verəcək. Lakin o, bundan əvvəlki atəşkəs cəhdləri boşa çıxdıqdan sonra sülh səylərinə şübhə ilə yanaşır.

XS
SM
MD
LG