Accessibility links

Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələri Yəmənin paytaxtına hücum edib


Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri Yəmənin paytaxtı Sənaaya havadan zərbələr endirib. Hücum zamanı uşaqlar da daxil olmaqla, 12 nəfər həlak olub.

Şahidlər və tibb işçiləri bildirib ki, Faj Attan qonşuluğuna gecə yarısından başlayaraq cümə günü səhər saatlarınadək davam edən hava hücumları insanları dağıntılar altında qoyub, azı iki binanı zədələyib.

Xilasetmə dəstələri dağıntılar altından daha çox hadisə qurbanı çıxardıqca, ölənlərin sayının artacağı ehtimal edilir.

Ötən həftə ərzində Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın hava hücumları nəticəsində azı 40 mülkü vətəndaş öldürülüb.

Koalisiyaya daxil dövlətlərin məqsədi beynəlxalq ictimaiyyətin qəbul etdiyi prezident Əbid Rabbu Mənsur Hadi hökumətini hakimiyyətə qaytarmaqdır.

XS
SM
MD
LG