Accessibility links

Yəməndə bir neçə şəxs və təşkilata qarşı sanksiyalar tətbiq edilib


ABŞ və Körfəz dövlətlərindən ibarət bir qrup Yəməndə bir neçə şəxs və təşkilatı İŞİD və Əl-Qaidə ilə əlaqədə təqsirləndirərək onlara qarşı sanksiyalar tətbiq edib.

ABŞ maliyyə naziri Stiven Mnuçin deyib ki, Səudiyyə Ərəbistanının paytaxtı Riyadda çıxışı zamanı məsələnin ABŞ və Səudiyyə Ərəbistanının həmsədrlik etdiyi Terrorçuları Maliyyələşdirənlərin Hədəf Alınması Mərkəzi tərəfindən araşdırılır.

“Bununla mübarizə aparmaq üçün bizim bir araya gəlməyimiz olduqca mühümdür. İlk dəfədir ki, biz üzv ölkələrin təcrübəsini, imkanlarını və mütəxəssislərini bir araya gətirmək üçün çoxmillətli mərkəz yaradırıq. Birlikdə biz terrorçuları dəstəkləyən maliyyə şəbəkələrinin qarşısını almaq istiqamətində səylərimizi gücləndirəcəyik” deyə Stivin Mnuçin bildirib.

Mərkəzə üzv olan ölkələrə Bəhreyn, Küveyt, Oman, Qətər və Birləşmiş Ərəb Əmirlikləri daxildir.

XS
SM
MD
LG