Accessibility links

Yəməndə 7 milyona yaxın insan aclıq təhlükəsi qarşısındadır


Yəmənlilər Sana şəhərində xeyriyyə fondu tərəfindən verilən qidaları almağa çalışır. 13 aprel, 2017.
Yəmənlilər Sana şəhərində xeyriyyə fondu tərəfindən verilən qidaları almağa çalışır. 13 aprel, 2017.

Birləşmiş Millətlər Təşkilatının üç qurumu Səudiyyə liderliyində olan koalisiyaya Yəməni blokadaya salmaqla minlərlə insanın həyatını təhlükəyə atdığına dair xəbərdarlıq edib.

Paytaxt Sanada minlərlə yəmənli küçələrə çıxaraq, blokada əleyhinə aksiyası keçirib. Dünya Qida Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı və UNİCEF-in açıqlamalarına görə blokada səbəbindən 7 milyona yaxın insan aclıq təhlükəsi qarşısındadır.

Beynəlxalq Qızıl Xaç Komitəsi bildirib ki, cümə günündən etibarən Yəmənin üç şəhərinə təmiz su verilməsinin dayandırılması bir milyona yaxın insanı xolera epidemiyası və digər su vasitəsilə yayılan xəstəliklərə yoluxmaq riski altında qoyub.

Qlobal tənqiddən sonra Səudiyyə Ərəbistanı vətəndaş müharibəsinin getdiyi Yəmənin nəzarət etdiyi bəzi limanlardakı məhdudiyyətləri qismən azaldıb.

Səudiyyə Ərəbistanı İranın dəstəklədiyi Huti üsyançılarına qarşı mübarizə aparmaq məqsədilə Yəmənlə əməkdaşlıq edərək, prezident Abedrabbo Mansur Hadinin hakimiyyətini bərpa etməyə çalışır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG