Accessibility links

Yəmənli jurnalistin mükafat almaq üçün ABŞ-a daxil olmasına icazə verilməyib


Tanınmış yəmənli jurnalist Əfrah Nasirin mükafat almaq üçün Birləşmiş Ştatlara daxil olmasına icazə verilməyib. Bu haqda Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.

Jurnalistləri Müdafiə Komitəsi sentyabr ayında hazırda İsveçdə yaşayan Naserə 2017-ci il Mətbuat Azadlığı mükafatının təqdim ediləcəyini bildirmişdi.

ABŞ-a səfər etmək üçün yaxşı səbəb olmasına baxmayaraq, mənim Birləşmiş Ştatlara viza üçün iki müraciətim İsveçdə Stokholmdakı Amerika səfirliyi tərəfindən rədd edilib.
Afrah Naser

İsveç vətəndaşı olmasına və Birləşmiş Ştatlara səfər etmək üçün legitim səbəbi olduğuna baxmayaraq jurnalistə viza verilməyib. Bunun ABŞ prezidenti Donald Trampın Yəməndən vətəndaşların səfərlərinə qadağası ilə əlaqədar ola bildiyi mümkündür.

“ABŞ-a səfər etmək üçün yaxşı səbəb olmasına baxmayaraq, mənim Birləşmiş Ştatlara viza üçün iki müraciətim İsveçdə Stokholmdakı Amerika səfirliyi tərəfindən rədd edilib. Mən hazırda üçüncü dəfə müraciət edirəm və nikbin deyiləm”, Naser cümə günü öz bloqunda yazıb.

“Təklif olunmuş səfər qadağası müxtəlif yeniləmələrdən keçib, amma mən tam yəqin bilirəm ki, mənim ABŞ-ın Stokholmdakı səfirliyinə viza müraciətlərim buna görə rədd edilib”, jurnalist yazıb.

Naser qərargahı Nyu Yorkda yerləşən komitə tərəfindən mükafatı noyabrın 15-də almağa ümid edir. O, bloq yazıları və Yəməndə rejimlə bağlı tənqidi yazılarına görə ölüm hədələrindən sonra 2011-ci ildə İsveçdə siyasi sığınacaq almaq üçün müraciət edib. Jurnalistləri Müdafiə komitəsinə əsasən, Naser son altı ildə Yəməndə müharibə ilə bağlı Stokholmdan yazılarını davam etdirir.

XS
SM
MD
LG